Ana və azyaşlı qızı dəm qazından zəhərlənib

08:43 - 6 Fevral 2022 - HADİSƏ

Qazaxda zəhərlənmə faktı qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Çaylı kəndində baş verib. Səbinə Gülməmmədova və onun azyaşlı qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. İlkin məlumata görə ana və az yaşlı qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Xəbər xətti