Erməni hərbçilər qəzaya düşdü - Çox sayda yaralı var

00:17 - 6 Fevral 2022 - HADİSƏ

Ermənistanın Sünik rayonunda, Gorus yolunda zəncirvari qəza qeydə alınıb.

Ucnoqta.az bu barədə "Sputnik Armeniya"ya istinadən xəbər verir.

Hadisə nəticəsində dörd müqaviləli hərbçi xəsarət alıb. Yaralılar Gorusda tibb mərkəzində yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar eyni avtomobildə olublar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti