Sabirabadda avtomobil qaz xəttinə çırpılaraq yanıb

23:23 - 5 Fevral 2022 - HADİSƏ

Sabirabadda qaz xəttinə çırpılan avtomobil yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Şəhriyar kəndində "Nissan" markalı minik avtomobili yol kənarında qaz xəttinə çırpılıb. Nəticədə minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti