"Moyka"ya gələn maşından 4500 manat oğurlandı

19:55 - 5 Fevral 2022 - HADİSƏ

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, fevralın 1-də Cavadxan küçəsində yerləşən avtoyuma məntəqələrinin birində “Toyota” markalı bir avtomobildən 4500 manat pulu oğurlanıb.

Bu barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş A.Muradov saxlanılıb.

Xəbər xətti