Direktorun müəllimi təhqir etməsi araşdırılır

19:23 - 5 Fevral 2022 - HADİSƏ

Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb.

Bu barədə APA-ya Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib.

"Hadisə barədə günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarə 5 günlük rejimdə çalışır. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq və fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək".

 

Xəbər xətti