Bakı-Sumqayıt sürət qatarında oğurluq olub

12:02 - 5 Fevral 2022 - HADİSƏ

Bakı-Sumqayıt sürət qatarından oğurluq olub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, DİN NBPİ-nin Biləcəri Xətt Polis Şöbəsinə yanvarın 28-də Bakı-Sumqayıt sürət qatarında Abşeron rayon sakini M.Mirəhmədova məxsus içərisində noutbuk, mobil telefon, elektrik qidalandırıcısı və 3 ədəd telefon nömrəsi olan çantanın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ş.Dənziyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti