Ötən gün 56 nəfər toylara buraxılmayıb

09:46 - 5 Fevral 2022 - ÖLKƏ İÇİ

Fevralın 4-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 105 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a bildirilib ki, monitorinq 104 şadlıq sarayını və 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 56 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xəbər xətti