Ağcabədi bədbəxt hadisə: 29 yaşlı gənc öldü - VİDEO

15:58 - 4 Fevral 2022 - HADİSƏ

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, tikintidə işləyən fəhlə yıxılaraq ölüb.

Hadisə Ağcabədi rayonunun Qarabağ küçəsində qeydə alınıb. Rayonun Şahsevər kənd sakini 1993-cü il təvəllüdlü Hüseynov Qiyas Arif oğlu tikinti işləri aparan zaman yıxılaraq mişar daşlarının altında qalıb. 29 yaşlı gənc hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti