Binəqədidə yanğın olub

14:58 - 4 Fevral 2022 - HADİSƏ

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, metal tor toxuma sexinin ərazisində hər birinin həcmi 25 litr olan 3 ədəd məişət qaz balonundan sızan qaz və ümumi sahəsi 50 m² olan qarajın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Qarajın qalan hissəsi və içərisində dayanan avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti