İtkin düşən kişinin meyiti tapıldı - FOTO

10:23 - 4 Fevral 2022 - HADİSƏ

Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Qaxbaş kənd sakini, 1965-ci il təvəllüdlü Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında kənd ərazisindəki su kanalından taplıb.

Faktla bağlı rayon prokuroluğunda araşdırma aparılır.

Qeyd edək ki, A.Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

 


Xəbər xətti