Azərbaycanın əməkdar məşqçisi vəfat edib

09:31 - 4 Fevral 2022 - HADİSƏ

Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası Nəcəf Çöllüyev vəfat edib. "Report"un məlumatına görə, sabiq sərbəst güləşçi 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Nəcəf Çöllüyev 1959 - 1964-cü illərdə milli və sərbəst güləş üzrə açıq ölkə birinciliyində 13 dəfə respublika çempionu olub. 1963-cü ildə “Azərbaycanın əməkdar idman ustası” fəxri adına layiq görülən Çöllüyev Ümumittifaq yarışlarda da titullara sahib çıxıb.

Xəbər xətti