Türkiyədə avtobus aşıb, onlarla yaralı var

22:03 - 3 Fevral 2022 - HADİSƏ

Türkiyənin Ərzurum şəhərinin Palandöken rayonunda turist karvanını daşıyan avtobus dərəyə aşıb.

Hadisə nəticəsində 25 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerindən təcili tibbi yardım maşını ilə xəstəxanalara çatdırılıb.

Xəsarət alanlar arasında uşaqlar da var.

Hadisə yerinə çoxlu sayda sağlamlıq, xilasetmə, polis və jandarma qrupları cəlb edilib.///report

Xəbər xətti