Goranboyda kişi dərmandan zəhərləndi

21:07 - 3 Fevral 2022 - HADİSƏ

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə 1988-ci il təvəllüdlü E.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 34 yaşlı kişini dərmandan hansı səbəbdən zəhərlənməsi məlum deyil.

Xəbər xətti