Fevralın 4-nə respublikanın avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, fevral ayının 4-də gecə və axşam saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Naxçıvan-Şahbuz, Ucar-Zərdab-Ağcabədi, Gəncə-Kəlbəcər-Laçın, Hacıqabul-Bəhramtəpə-Mincivan, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-800 metrədək məhdudlaşacaq.
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.