“Hər an özümdən gedə bilərdim” - Aysun - FOTO

12:53 - 3 Fevral 2022 - MAQAZİN

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova sosial şəbəkədə yeni paylaşım edib. 

Sənətçi bir neçə gün əvvəl baş tutan nişan mərasimindən yeni fotolarını “Instagram” izləyiciləri ilə bölüşüb.
Aysun nişan günü çox həyəcanlı olduğunu qeyd edib:

“Həyatımın ən gözəl günü... O qədər həyəcanlı idim ki, elə bilirdim hər an özümdən gedə bilərəm. Bu gözəl gündən bütün subaylara arzu edirəm”.

Qeyd edək ki, Aysun “Alın yazım” ifasının klipində öz nişan mərasimindən olan görüntülərini sevənləri ilə bölüşüb.

Xatırladaq ki, Aysun İsmayılova Eşqin adlı bəylə nişanlanıb. Onların şad günü Moskvadakı dəbdəbəli restoranlardan birində baş tutub.

 

Xəbər xətti