Yevlaxda çobanın ermənilər tərəfindən atılan kasetli bombanın partlaması nəticəsində həlak olduğu yerdən əlavə 17 bomba da aşkar edilib.
DİN Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.
Qeyd edək ki, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılov Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölüb.