Ucnoqta.az
www.ucnoqta.az

Partlayış baş verən ərazidən daha 17 bomba tapıldı

11:59 - 3 Fevral 2022 tarixində dərc olunub.

Yevlaxda çobanın ermənilər tərəfindən atılan kasetli bombanın partlaması nəticəsində həlak olduğu yerdən əlavə 17 bomba da aşkar edilib.

DİN Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılov Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölüb.

Müəllif: