Ələt-Astara avtomobil yolunda oğurluq edən şəxs saxlanıldı - FOTO

11:20 - 3 Fevral 2022 - HADİSƏ

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində mühafizə çəpərinin metal dayaqlarını oğurlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Ələt-Astara Magistral yolunun 163-cü kilometrliyində əraziyə basdırılan, "Avtomobil Yollarının Mühafizəsi" MMC-yə məxsus olan 21 ədəd dəmir dirəyin oğurlanması ilə bağlı Lənkəran ŞRPŞ-yə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dirəkləri oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini T.Alxasov müəyyən edilərək saxlanılıb.

Oğurlanan dirəklər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır

 


Xəbər xətti