Müğənni Afət Fərmanqızının həyat yoldaşı Mamed Nanacanov azadlığa çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ifaçının özü sosial şəbəkədəki səhifəsində xəbər verib.
Müğənni geyimini sosial şəbəkə hesabında reklam edən müğənni videonun həyat yoldaşı tərəfindən çəkildiyini qeyd edib və ona geyimi ilə bağlı sual verib.
Qeyd edək ki, Mamed Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunurdu. O, yanvarın 31-i səhər saatlarında Xəzər Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilmişdi. Xəzər rayon Məhkəməsinin qərarı ilə M. Nanacanov barəsində həbs qətimkan tədbiri seçilmişdi.