Gəncədə mağaza yanıb - FOTO

00:11 - 3 Fevral 2022 - HADİSƏ

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Ətdarlar küçəsində qeydə alınıb.

Sözügedən ünvanda mağaza anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Xəsarət alan olmayıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.


Xəbər xətti