Yevlax şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər, 1998-ci il təvəllüdlü R.Dadadoşov və 1964-cü il təvəllüdlü A.Salmanov müxtəlif bədən xəsarətləri alıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.