Moskvadan Gəncəyə daha bir təyyarə reysi açılır

12:57 - 2 Fevral 2022 - Xəbər

Fevralın 9-dan Rusiyanın “Utair” hava yolları Moskva – Gəncə istiqamətində uçuşlara başlayır.

“Report” şirkətə istinadən xəbər verir ki, uçuş hər həftənin çərşənbə günləri reallaşacaq.

Təyyarə Gəncədən saat 11.30-da, Moskvadan isə saat 6.05-də havaya qalxacaq. B təyyarələrə biletin qiyməti 102 avrodan başlayacaq.

Xəbər xətti