AzTV-də yeni kadr təyinatı olub

11:30 - 2 Fevral 2022 - Xəbər

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də yeni təyinat olub.

Ucnoqta.az xəbər verir ki, əməkdar jurnalist Yunis Orucov kanalın İnformasiya Proqramları Studiyasının direktoru təyin edilib. O, bu vəzifədə Tural Məmmədovu əvəzləyib. 

Qeyd edək ki, Tural Məmmədov Prezident Administrasiyasının mətbuat xidmətinə təyin olunub.

Xəbər xətti