Şəhərin mərkəzində avtoxuliqanlıq edən sürücü cəzalandırıldı - VİDEO

09:53 - 2 Fevral 2022 - HADİSƏ

Bakıda avtoxuliqanlıq edən şəxsin sürücülük hüququ əlindən alındı.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən sürücü barəsində Nəsimi DYPŞ tərəfindən toplanılan material aidiyyəti üzrə məhkəməyə təqdim edilib:

“Hyundai” markalı 77-PD-568 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əhəd Niyazova Nəsimi Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsinə əsasən qərar qəbul edib. Məhkəmənin qərarına görə sürücü barəsində 500 manat cərimə və 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması qərarı alınıb”.

A.Əsgərli yol hərəkəti qaydalarını bənzər formada pozan və digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərə səslənərək bu kimi kobud qayda pozuntularından çəkinməyə çağırıb.///oxu.az

Xəbər xətti