İki minik avtomobili toqquşdu, biri yandı - Foto

09:02 - 2 Fevral 2022 - HADİSƏ

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“Daewoo” markalı minik avtomobili yüksək sürətlə “Mercedes” markalı maşına çırpılıb. Toqquşmanın gücündən “Daewoo” markalı nəqliyyat vasitəsi yanıb. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun qarşısı alınıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbər xətti