Bakıda iki nəfəri avtomobil vurdu

08:52 - 2 Fevral 2022 - HADİSƏ

Bakının Nərimanov və Xəzər rayonlarında yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Hadisə Şağan qəsəbəsi və metronun Nəriman Nərimanov stansiyalarının yaxınlığında baş verib. Şağan qəsəbəsində 1997-ci il təvəllüdlü Əşrəfova Aynurə Samiq qızı piyada keçidindən keçərkən onu minik avtomobili vurub.

Digər anoloji hadisə Nərimanov parkının qarşısında baş verib. 1964-cü il təvəllüdlü Məmmədov Elman Seyfəddin oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu maşın vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Xəbər xətti