Abşeronda 4 nəfər dəm qazından zəhərləndi

08:29 - 2 Fevral 2022 - HADİSƏ

 

Abşeron rayonunda 4 nəfər dəm qazından zəhərlənib.

Hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb. Hökməli qəsəbəsində 1992-ci il təvəllüdlü Nurullayev Emil Elşən oğlu, Masazır qəsəbəsində 2010-cu il təvəllüdlü Bağırova Zəhra Etibar qızı, Mehdiabad qəsəbəsində 1992-ci il təvəllüdlü Zeynalov Aqil Alik oğlu və Novxanı qəsəbəsində 2014-cü il təvəllüdlü Məmmədəliyeva Asif Dəniz qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti