Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürülüb

00:10 - 2 Fevral 2022 - HADİSƏ

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, tədbirlər nəticəsində rayon sakinlərindən ümumilikdə 3 ədəd “İJ” və “TOZ” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.

Xəbər xətti