Qazax sakinindən tiryək və heroin götürülüb

18:09 - 1 Fevral 2022 - ÖLKƏ İÇİ

Qanunsuz narkotik əldə edib saxlayan Qazax sakini müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Afik Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan tiryək və heroin aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər xətti