Ən təvazökar 10 futbolçu - Siyahı

22:14 - 1 Fevral 2022 - MARAQLI

Məşhur futbolçular milyonlarla dollar qonorar alırlar ki, onların çoxu bu pulu bahalı avtomobillərə, villalara, dekorasiyalara və səs-küylü məclislərə xərcləyirlər. Bu cür qazanclar, üstəgəl böyük populyarlıq, "tacı taxan" və özlərini başqalarından daha yaxşı hesab edən bir çox oyunçunun şəxsi keyfiyyətlərinə ən yaxşı təsir göstərmir.

Xoşbəxtlikdən, hamı belə olmur: bəziləri üçün böyük pullar baş gicəlləndirmir və bahalı müqavilə ilə top-klublarda oynasalar da, sadə oğlanlar olaraq qalırlar. Bu gün biz əlavə təmtəraq sevməyən və fərqlənməməyə çalışan 10 futbolçudan bəhs edirik.

1. Məhəmməd Salah

İngiltərə “Liverpul”unun misirli hücumçusu hazırda mövqeyinə görə dünyanın ən yaxşı futbolçularından biridir, üstəlik həyatının ən yaxşı çağındadır (onun 26 yaşı var). Buna baxmayaraq, o, boş vaxtlarında qazandığı pulları havaya sovurmur, daha çox faydalı işlərlə məşğul olur: vətənində uşaqlara və qocalara kömək məqsədi həyata keçirilən sosial proqramlara sponsorluq edir. Sosial şəbəkələrində bahalı xarici avtomobillərin fotoları əvəzinə xəstəxanalardan, reabilitasiya mərkəzlərindən şəkillər paylaşır. Bundan başqa onun əlillərin məclisinə gəlib onlarla birlikdə bayram keçirdiyi barədə kifayət qədər məlumatlar var. Həyatda sadəliyi ilə seçilir, futbol meydançasında da təkəbbürlü deyil. Salahın het-trik etdiyi Premyer Liqa matçlarının birindən sonra matçın ən yaxşı oyunçusu kimi mükafata layiq görülsə də, o, imtina edib və həmin mükafatı həmin gün 500-cü matçına çıxmış komanda yoldaşı Ceyms Milnerə verib.


9. Markus Raşford

“Mançester Yunayted”in gənc hücumçusu (21 yaşı var) 18 yaşında, əsas komandada debüt edib. Həmin vaxt o məktəbdə oxuyurdu. Bir çoxları onunu yerində olsaydı dərslərdə iştirak etməyəcək, ümumiyyətlə məktəbə bir daha getməyəcəkdi. Amma o fərqli düşünürdü: hər səhər yuxudan durub dərslərdə iştirak edir, axşam isə  “Old Trafford”da oynayırdı.

Eyni zamanda, yaxşı pul alarkən, xüsusi olaraq bahalı maşın almadı, çünki başqalarından fərqlənmək istəmirdi. O, ilk pulunu valideynləri üçün yaxşı bir ev kirayəsinə xərclədi və özü də İngiltərəyə görə adi olan Audi A3 sürdü.

8. Kilian Mbappe

Gənc futbolçunun istedadı 2016/17 mövsümündə sensasiyalı çempionluğu qazanan “Monako”da özünü büruzə verdi. Meydanda parlayan və bəzən komandası üçün matçları təkbaşına "çıxaran" Mbappe 17 yaşında Markus Raşford kimi adi bir məktəbli olaraq qaldı.

Mükafatlandırma mərasimindən sonra komandasının Fransa çempionu titulunu qazanması məqsədilə təşkil olunan ziyafətə getmədi. Kilian səhər dərslərə getməli olduğundan evə yatmağa getdi. Bu hekayə geniş yayıldı. İndi də PSJ-nin əsas ulduzlarından biri olmaqla, o, hələ də təkəbbürlü deyil.

7. Leyton Beyns

Bu oyunçunu dünya ulduzu adlandırmaq olmaz, lakin o, şübhəsiz ki, çox istedadlıdır. Bununla yanaşı həm də çox utancaqdır. Sol cinah müdafiəçisi kimi o, karyerasında 70-ə yaxın qol vurub, bunun sayəsində hətta bu göstərici üzrə rekorda sahib olub.

Mütəxəssislər onun qabiliyyətini etiraf edir (o, dəfələrlə "Everton"da ilin oyunçusu oldu), lakin oyunçunun özü özünü ən sıradan biri hesab edir. İlk dəfə İngiltərə yığmasına çağırılanda, peşəkarların olduğu soyunub-geyinmə otağına girməyə utanıb. Utancaq olduğundan bir çox nəhəng klublarının təkliflərini qəbul etməyib. Həmin klublarda oynayanları peşəkar hesab edir və özünü onlarla bir səviyyədə görmürdü.

6. Kevin De Bruyne

Hazırda dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olan və "Mançester Siti"də böyük pul qazanan belçikalı heç vaxt meydandan kənarda diqqəti cəlb etməyib.

Kevin De Bruyne bu barədə deyib: “Mən ulduz olmaq istəmirəm. Mən sadə adamam və sadəcə komandanın xeyrinə futbol oynamaq istəyirəm”.

Səs-küylü partiyalar və düşünülməmiş xərclər - bu, açıq şəkildə onun haqqında deyil.

5. Kristian Eriksen

"Tottenhem"in Danimarka tapıntısı bütün məşqçilərin sevimlisidir, çünki o, özünü adi oğlan kimi aparır. Premyer Liqada menecer kimi çalışmış Slaven Biliç Eriksenin dünyanın ən yaxşılarından biri olduğunu, lakin sadəliyinə görə adının o qədər də geniş tanınmadığını bildirib. O, Paul Pogba kimi tendensiyalar yaratmağa çalışmır, ona görə də o qədər də populyar deyil, amma orta sahədə fransızdan daha faydalı ola bilər.

4. Andres İniesta

İspan yarımmüdafiəçi karyerası boyu "Barselona"nın və millinin liderlərindən biri olub, parlaq ötürmələr verib, bəzən həlledici qollar vurub, lakin heç vaxt dəyərini şişirtməyib. Onun haqqında mətbuatda bir dənə qalmaqallı yazı yoxdur. O, heç vaxt qalmaqal yaratmadı və münaqişə etmədi, komandanın qalib gəlməsi üçün hər şeyi etməyə çalışdı.  Onun barəsində xoş sözlər söyləndi.

Tez-tez o, digər oyunçuların qol vurması üçün pas atdı, halbuki özü də qol vura bilərdi, lakin İniesta üçün nəticə həmişə şəxsi nailiyyətlərdən daha vacib idi.

3. Pol Skoulz

Kobud və birbaşa sözünü deyən Roy Kin, “Mançester Yunayted”dəki çıxışları zamanı deyib ki, Skoulz nadir insanlardan biridir ki, onda nə bir damla qlamur, parıltı, nə də təmtəraq var.

Klubun canlı əfsanəsi olan Pol Skoulz reklam çəkilişlərini sevməyib, müsahibələrə nifrət edib. Bu səbəbdən də matçlardan sonra stadionu mümkün qədər tez tərk etməyə çalışıb.

İnstaqramdakı iddialı fotoları sevməyib. O, ümumiyyətlə sosial şəbəkələrlə məşğul olmayıb.

2. Luka Modriç

Ronaldo ilə Messinin hegemonluğunu qıran və “Qızıl top”u qazanan xorvatiyalı yarımmüdafiəçi həyatda adi insandan heç nə ilə fərqlənmir. O, saçlarını rəngləmir və ekstravaqant saç düzümü etmir, trendlərdən asılı olmayaraq ən adi geyimləri geyinir, İnstaqramında daha çox ailə fotolarını dərc edir. Luka, həyat yoldaşı və üç uşağı olan nümunəvi ailə adamıdır və bütün boş vaxtlarını ailəsi ilə keçirməyə çalışır.

1. N'Qolo Kante

N'Qolo Kante top-klubda oynamış və yaxşı müqaviləsi olan, üstəgəl Dünya Çempionatını qazanmışdı. Amma bunlara baxmayaraq o, planetin ən təvazökar oyunçusudur. Premyer Liqaya keçən və “Lester” ilə sərfəli müqavilə imzalayan fransız bahalı xarici avtomobil almaq üçün kifayət qədər pulu olsa da, özünə işlənmiş mini-kuper aldı və onunla kiçik bir qəza keçirsə də, bir tərəfə atmadı, yenə sürdü.

Bir dəfə, artıq “Çelsi”nin oyunçusu və Premyer Liqanın ən yaxşı müdafiəçisi (bütün dünyanın olmasa da) Parisə gedən qatara gecikdi. Növbəti qatar yalnız axşam üstü yola düşəcəkdi. Kifayət qədər vaxtı vardı. Vaxtını restoran və ya başqa əyləncə mərkəzində keçirə bilərdi. Amma o başqa yol seçdi.

O,  şəkil və avtoqraf istəyən fanatlarla  tanış oldu. Sonra yeni tanışlar onu qonaq dəvət etdilər və o dəvəti qəbul etdi. Nəticədə günü yeni tanışlarla qonaqlıqda və Fifa oynamaqla keçirdi.

N'Qolo Kante Rusiyada keçirilən dünya çempionatında komandasının qələbəsindən sonra kifayət qədər yaxşı oynamadığına inandığı üçün kubokla şəkil çəkdirməyə utanırdı.

Xəbər xətti