Bərdədə kişi birgə yaşadığı qadını bıçaqladı

10:40 - 1 Fevral 2022 - HADİSƏ

Bərdədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Bahadır Hacıyev küçəsində qeydə alınıb.

Rayon sakini, Faiq Süleymanov sərxoş vəziyyətdə qeyri-rəsmi birlikdə yaşadığı Zülfiyyə Zülfüqarovanı münaqişə zəminində bıçaqlayıb.

Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.///Apa

Xəbər xətti