Bakıda 16 yaşlı qız itkin düşdü

10:12 - 1 Fevral 2022 - HADİSƏ

Bakıda 16 yaşlı qız itkin düşüb.

Hadisə yanvarın 30-u saat 12 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Səbinə Əlimuradova yaşadığı mənzili tərk edib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.///report

Xəbər xətti