Ağstafada iki avtomobil toqquşub - xəsarət alan var

23:45 - 31 Yanvar 2022 - HADİSƏ

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza zamanı 1978-ci il təvəllüdlü Q.Ramazanov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti