Abşeronda avtomobil yolu keçən piyadanı vurub öldürdü

21:33 - 31 Yanvar 2022 - HADİSƏ

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Saray qəsəbəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Babayeva Bibixanım Valeh qızını avtomobil vurub.

61 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti