Qondarma respublikada azərbaycanlı narkotacir saxlanıldı: Ömürlük həbs? - VİDEO

20:10 - 31 Yanvar 2022 - HADİSƏ

Tanınmamış Abxaziya respublikasında narkotik satışı ilə məşğul olan Azərbaycan vətəndaşı saxlanılıb. 

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 22 yaşlı Cavid Məmmədov Moskvadan xüsusi bükümlərdə külli miqdarda narkotik gətirərək Suxumi şəhərində satmaq istəyib.

Ələ keçirilən Məmmədov bildirib ki, həmin narkotiki Serafima Boqdanovadan alıb. Tezliklə Boqdanova da saxlanılıb. 

Yerli qanunvericiliyə görə onları 15 ildən yuxarı, hətta ömürlük həbs cəzası gözləyir. 

Qeyd edək ki, Abxaziyada narkotik satışı çox ağır cinayət sayılır.

 

Xəbər xətti