Şirvanda işıq dirəklərini oğurlayan şəxs saxlanıldı - FOTO

10:52 - 31 Yanvar 2022 - HADİSƏ

Şirvanda işıq dirəklərini oğurlayan şəxs saxlanılıb

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər ərazisində yerləşən istirahət parklarının birindən Kommunal Kombinat Müəssisəsinin balansında olan beş ədəd işıq dirəyinin oğurlanması və müəssisəyə 2880 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur İbrəhimov saxlanılıb.

Faktla bağlı həmin şəxs barəsində Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti