Bu gün Xalq artistləri Alim Qasımovun nəvəsi Fatimə ilə "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin toyu olub.
Məclis müğənni Elçin Hüseynovun rəhbərlik etdiyi "Niel Saray"da keçirilib. Gecəyə incəsənət və digər sahələrin tanınmış şəxsləri dəvət qatılıb.
Qeyd edək ki, Ümid atası kimi nağara ifaçısıdır. Fatimə isə A.Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımovanın övladıdır. Cütlüyün nişanı bir müddət əvvəl A.Qasımovun evində baş tutub.///lent.az