Gəncədə sərnişin avtobusunun iştirakı ilə zəncirvarı qəza olub - FOTO

13:28 - 30 Yanvar 2022 - HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "OKA”, "VAZ 21010, "Mercedes” markalı avtomobillər toqquşub. Qəzadan sonra avtomobillərdən biri yol kənarında dayanan "Hyundai" markalı sərnişin avtobusuna çırpılıb. Qəza zamanı 2 nəfərin xəsarət aldığı bildirilir. Hadisə şahidlərin verdiyi məlumata görə, qəzaya səbəb olan "OKA" markalı avtomobil qəzadan sonra hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.


Xəbər xətti