Türkiyədən gətirilən 64 ton bibər geri qaytarıldı

18:48 - 28 Yanvar 2022 - ÖLKƏ İÇİ

Türkiyənin Artvin vilayətindən Azərbaycana ixrac olunmuş 64 ton təzə bibər, bitki mənşəli xəstəlik aşkar edilməsi səbəbi ilə geri qaytarılıb.

Ucnoqta.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bildirilir ki, Azərbaycan tərəfi Artvin vilayətinin Kənd Təsərrüfatı və Meşə Müdirliyinin verdiyi fitosanitar sertifikatı bundan sonra qəbul etməyəcəyi barədə qarşı tərəfi məlumatlandırıb. Bundan sonra Türkiyədən Azərbaycana bibər, eləcə də pomidor, badımcan, toxum, ting və meyvə yeni şərtlərlə ixrac olunacaq. İxracatçı şirkət bunun üçün ayrıca sağlamlıq sertifikatı təqdim etməlidir.

Azərbaycanın bu qərarından sonra Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi təcili tədbirlər görüb. Belə ki, Azərbaycana ixrac olunacaq meyə-tərəvəz tamamilə analiz edilməlidir. Bundan əvvəl isə yalnız bir neçə yük maşınında olan məhsullardan nümunələr götürülərək təhlil edilirdi.

Xəbər xətti