"Qızımın şəklini ona görə paylaşdım ki..."

12:15 - 28 Yanvar 2022 - MAQAZİN

Aparıcı, aktyor İlkin Həsəni ailəsinin görüntülərini sosial şəbəkədə paylaşmasından danışıb.

Ucnoqta.az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Səhər mərkəzi" proqramında bəhs edib. İlkin bildirib ki, qızının şəkillərini yayımlamasına səbəb ona olan maraq olub:

"Bir il heç nə paylaşmadım. Gördüm ki, bu mətbuata daha maraqlı olur. Axtarırlar... Bir dəfə Yeni il ağacının yanında qızımın şəklini yayımladım, orda oyuncağın üstündə üzü düşüb. Səhəri yazılar yayıldı: "İlkin qızının üzünü göstərdi". Nə qədər gizlədəcəyiksə, daha çox mətbuatın marağında olacaq. Axtaracaqsız ki, paylaşaq. Amma 1 yaşından sonra fotoların paylaşdım. Hamı yayımladı və bitdi. Ondan sonra nə qədər şəkil qoysam da media yayımlamır.

Bu gün nifrəti qusmaq üçün nə qədər adam var. Qızılgül qoysan belə girib yazacaqlar ki, bunu niyə qoymuşunuz?".

Xəbər xətti