Abşeronda ikimərtəbəli ev yandı - ölən var

00:04 - 25 Yanvar 2022 - HADİSƏ

Abşeron rayonu Novxanı kəndində bu gün səhər saatlarında ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 kvadratmetr sahədə yanıb. 

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın söndürülüb.

Yanğın yerinə baxış zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər xətti