Şuşa və Ağdama ilk sərnişin avtobusları yola düşdü

07:34 - 24 Yanvar 2022 - ÖLKƏ İÇİ

Bakıdan Şuşa şəhərinə Bakı-Şuşa- Bakı sərnişin avtobusu yola düşüb. İlk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb. Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam -Bakı marşrutları da start götürüb. Xatırladaq ki, Bakıdan azad olunan ərazilərə avtobus reysləri həftə ərzində cədvəl üzrə hərəkət edəcək.

Xəbər xətti