"Omicrondan daha yoluxucu ştamlar ola bilər" - ÜST

“Koronavirusun gələcək ştamları omicrondan daha yoluxucu ola bilər”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove təşkilatın sosial şəbəkələrdə yayımladığı proqramında çıxışı zamanı deyib.

Ekspert əlavə edib ki, bu virus nə qədər çox yayılsa, bir o qədər çox dəyişikliklər baş verəcək: “Omicron müzakirə edəcəyimiz son variant olmayacaq və gələcəkdə narahatlıq doğuran variantların olması daha çox real görünür. Koronavirusun yeni ştamlarının xassələri hazırda məlum deyil, lakin onların daha yoluxucu olacağına şübhə yoxdur, çünki onlar hazırda dövriyyədə olan variantları üstələməli olacaqlar”.

ÜST təmsilçisi bildirib ki, yeni ştamlar daha çox və ya daha az şiddətli xəstəliyə səbəb ola bilər, eyni zamanda toxunulmazlıqdan çıxa bilər: “Omicron hələ də təhlükəlidir və zəif hesab edilməməlidir”.///apa

Tarix
23 Yanvar 2022 [22:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-23 22:26:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin