Çay evində yanğın olub

19:45 - 23 Yanvar 2022 - HADİSƏ

Biləsuvar şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli çay evinin dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti