Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO

09:45 - 22 Yanvar 2022 - Cəmiyyət

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızdan biri də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının çavuşu olan Tərlan Eyniyevdir.

Ucnoqta.az xəbər verir ki, Tərlan Gölişad oğlu Eyniyev 1993-cü il yanvarın 22-də Yardımlı rayonunun Zevin kəndində anadan olub. 

O, 2010-cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində "çavuş" rütbəsində hərbi xidmətə davam edib. 
Çavuş Tərlan Eyniyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində döyüşlərə qatılıb. Tərlan Eyniyev strateji əhəmiyyətli yüksəklik uğrunda gedən döyüşlərdə düşmənin snayperinə tuş gəlib. O, oktyabrın 5-də qəhrəmancasına şəhid olub.
Xəzər rayonunda dəfn edilib. 

 Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Tərlan Eyniyev ölümündən sonra "Vətən uğrunda", həmçinin Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Tərlan Eyniyevin Xəzər rayonunun Şüvəlan qəsəbəsində bir vaxtlar özünün tikdiyi evində muzeyi yaradılıb.

Allah rəhmət eləsin


Xəbər xətti