Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 20-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclü olub.
Düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 11.0 mm, Balakən, Zaqatalada 6.0 mm, Şərur, Ağdərədə (Ordubad) 3.0 mm, Şahbuz, Daşkəsən, Göygöl, Kişçay (Şəki), Sədərəkdə 2.0 mm, Naxçıvan, Şəmkir, Quba, Qusar, Xaltan, Qrız, Qəbələ, Göyçay, İmişli, Kürdəmir, Cəfərxan, Yardımlı, Lənkəran, Şahdağ, Qobustan, Zərdab, Biləsuvar, Göytəpə, Kəlvəzdə 1.0 mm-dək olub.