Özbəkistan pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Sənayesi üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Müdafiə Sənayesi üzrə Dövlət Komitəsinin tabeliyində pilotsuz uçuş aparatları üzrə elmi-tədqiqat və istehsal mərkəzi yaradılıb.
Mərkəzdə beynəlxalq texniki tələblərə və standartlara tam cavab verən “Loçin” pilotsuz uçuş aparatlarının istehsalına başlanılıb.
Mərkəz pilotsuz uçuş aparatlarının istehsalı, yığılması, təmiri və texniki xidməti üçün montaj dəstləri, texnoloji və xüsusi avadanlıq, sınaq (laboratoriya) avadanlıqları kimi texnoloji avadanlıqlarla tam təchiz olunub.
Milli brend altında hazırlanmış “Loçin” pilotsuz uçan aparatı və kvadrokopter kəşfiyyat, zərbələr, real vaxt rejimində müşahidə, kəşfiyyat və artilleriya atəşinə nəzarət də daxil olmaqla müxtəlif məqsədlər üçün nəzərdə tutulub.