Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin inzibatçısı K.Allahverdiyev və orada çalışan üç işçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.