Qəbələ rayonunun Laza kəndində yolun qarlı-buzlu olması səbəbi ilə “Toyota” markalı minik avtomobilinin dərəyə sürüşmə təhlükəsinin yaranması, sürücü və sərnişinin soyuq hava şəraitində köməksiz vəziyyətdə qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.