Rusiyanın Sankt-Peterburq şəhərində yerli sakinlə Türkmənistandan gələn qonaq arasında münaqişə baş verib.
Nəticədə rusiyalı türkmənistanlını üzündən güllə ilə yaralayıb.
Xəsarət alan 41 yaşlı Türkmənistan vətəndaşı xəstəxanaya yerləşdirilib.
Hücum edən şəxs qeyri-döyüş mərmisi ilə atəş açıb.
Atəş açan 46 yaşlı Andrey M. yanvarın 17-də saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başladılıb.///oxu.az